Trampın Nobel üsyanına ilginc reaksiya: Ordu ilə bağlı qərar niyə dəyişdi? | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Norveçin Baş naziri Yonas Qar Störeyə məktub göndərərək, Qrenlandiyanı ələ keçirmək istəyini Nobel Sülh Mükafatını ala bilməməsi ilə əlaqələndirib.
Tramp buna görə artıq sülh haqqında düşünməyə borclu olmadığını, sadəcə ABŞ-ın maraqlarından çıxış edəcəyini bildirib.
O, eyni zamanda Danimarkanın Qrenlandiyanı Rusiya və ya Çindən qoruya bilmədiyini iddia edərək, bu ölkənin ada üzərindəki hüquqlarını şübhə altına alıb.
Norveçin baş naziri isə Trampın məktubuna cavab olaraq bildirib ki, Nobel Sülh Mükafatını Norveç hökuməti deyil, müstəqil Nobel Komitəsi verir: Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Donald Tramp artıq açıq şəkildə həm NATO-ya, həm də Avropa İttifaqına (Aİ) meydan oxuyur: “O, rahatlıqla Qrenlandiyanı ilhaq edəcəyini deyir.
Bununla da faktiki olaraq Danimarkanın ada üzərindəki hüququnu tanımadığını ortaya qoyur.
Trampın dediklərinə əsaslansaq, Qrenlandiya ya suveren ərazidir, ya da ABŞ-ın ada üzərindəki hüquqları daha üstündür.
Belə bir şəraitdə Tramp beynəlxalq hüququ deyil, güc faktorunu əsas götürür. Turab Rzayev Donald Tramp Aİ ölkələrini ciddi qəbul etmir.
Tam oxu
Xəbəri oxu