Trampın Nobellə bağlı əsl fikri ortaya çıxdı

10.10.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp bu il Nobel Sülh Mükafatını alacağını gözləmirdi. O, bunu 2026-cı ildə almaq niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) ABŞ liderinə yaxın mənbəyə istinadən yazıb.

“Trampa yaxın mənbə cümə günü nüfuzlu mükafatı qazanmağın sürpriz olacağını və gələn il mükafatı qazanmağın daha çox ehtimal edildiyini söylədi”, – deyə bildirilib.

Qeyd edək ki, oktyabrın 10-da Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verilib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью