Trampın nümayəndələri Moskvaya səfəri təxirə saldılar SƏBƏB

12.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni - amerikalı sahibkar Cared Kuşner Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Ukrayna ətrafındakı böhran fonunda Prezident Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar”, – nəşr yazıb.

Bildirilib ki, səfər Ukrayna və Avropa dövlətlərinin Rusiya Prezidenti Vladimir Putin üçün razılaşdırılmış yeni təklif variantını dəstəkləməyə hazır olub-olmadığı aydınlaşana qədər, ən azı müvəqqəti olaraq təxirə salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью