Trampın nümayəndələri Zelenski ilə gizli görüş keçirib CNN

05.03.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu fikirlər CNN-də dərc olunan məqalədəndir. Nəşr mənbələrinə istinad edib.
Tramp: “Zelenski danışıqlara hazırdır” Qeyd olunub ki, görüş zamanı yüksək rütbəli amerikalı məmurlar Vaşinqtonla münasibətlərin tezliklə sabitləşməsinin vacibliyini vurğulayıblar. Onlar məhz bu səbəbdən Kiyevi danışıqları bərpa etməyə çağırıblar.
Kanalın mənbələri iddia ediblər ki, gizli danışıqlarda iştirak edən məmurlardan biri Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq olub.
Xatırladaq ki, bir neçə gün öncə Vaşinqtonda olan Zelenski ilə Tramp arasında siyasi və diplomatik qalmaqallar yaşanıb. Siyasətçilərin sərt mübahisələri baölı qapılar arxasında deyil, jurnalistlər qarşında olub.
Bundan sonra Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ ev-in əmrlə bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью