Axar.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın Cənubi və Orta Asiya üzrə xüsusi elçisi Serxio Qor 22-23 yanvar tarixlərində Türkmənistana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Səfəri zamanı Serxio Qor Türkmənistan hökuməti və biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüş keçirəcək. Müzakirələr ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional sabitliyin təşviqi və iqtisadi tərəfdaşlığın gücləndirilməsi məsələlərini əhatə edəcək. ABŞ Türkmənistanla qarşılıqlı faydanı təşviq edəcək, regionda rifahı və təhlükəsizliyi gücləndirəcək yeni əməkdaşlıq imkanlarını səbirsizliklə gözləyir”, - məlumatda deyilib.