Trampın nümayəndəsi: Putinlə 3 4 saat danışdım

16.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Gələn həftə ABŞ Prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tuta bilər".

Oxu.Az xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff CNN telekanalının efirində deyib.

Onun sözlərinə görə, martın 13-də Rusiya lideri ilə keçirilmiş görüşü 3-4 saat davam edib və müsbət olub:

"Vaşinqton həftə ərzində Ukraynada münaqişənin nizamlanması üzrə Rusiya ilə danışıqlarda həqiqi irəliləyişə nail olmağa ümid edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью