Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın Türkiyədəki səfiri, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Barak öz X hesabında paylaşım edib.
Görüş zamanı Barak bildirib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları təqdim etməyə imkan verəcək:
“ABŞ administrasiyası Suriya hakimiyyətindən terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir”.