Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Sudan münaqişəsi bu gün dünyanın ən böyük humanitar böhranıdır.
AZƏRTAC xəbər verir ki, bunu “France-Presse”ə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Afrika üzrə nümayəndəsi MAssad Bulos bildirib.
“Əl-Faşir şəhərində son 2 həftədə baş verənlər xüsusi qeyd edilməlidir. Biz videoları və hesabatları gördük. Bu vəhşiliklər qətiyyən qəbuledilməzdir. Buna tezliklə son qoyulmalıdır” – deyə Bulos vurğulayıb.