Trampın nümayəndəsi Zelenskinin aparat rəhbəri ilə görüşünü ləğv edib

19.11.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Vitoff  ilə prezident Zelenskinin aparat rəhbəri arasında danışıqlar 19 noyabrda Türkiyədə keçirilməsi planlaşdırılırdı.

“The Economist” jurnalistinin məlumatına görə, bu görüş baş tutmayacaq.

“The Economist” jurnalının jurnalisti Oliver Kerroll X-də görüşün ləğv olunduğunu yazıb: “Vitkoff və Yermak arasında sabah Türkiyədə keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib. Mənə deyilir ki, Vitkoff görüşə razılıq verərkən hansı qalmaqala girdiyini belə bilməyib.”

Kerroll hansı qalmaqala istinad etdiyini dəqiqləşdirməyib. Mümkündür ki, o, Ukraynanın enerji sektorunda “Energoatom” ətrafında genişmiqyaslı korrupsiya sxeminin aşkarlanmasını nəzərdə tutur.
“Ukrainska Pravda” qəzeti bildirib ki, araşdırmadan sonra prezidentə yaxın əsas hökumət rəsmiləri  Zelenskiyə Yermakı işdən çıxarmasını tövsiyə edirlər.
Ukraynanın korrupsiyaya qarşı mübarizə bürosunun direktoru əvvəllər Yermakın bu sxemdə mümkün iştirakını nə təsdiqləyə, nə də inkar edə bilməyəcəyini bildirmişdi.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью