Trampın nümayəndəsinin təyyarəsi Moskvaya enib

13.03.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun təyyarəsi Moskvaya eniş edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat Flightradar sistemində yer alıb.

Qeyd edək ki, bu gün Moskva ilə Vaşinqton arasında təmaslar planlaşdırılır. Trampın xüsusi nümayəndəsinin Ciddədə Ukrayna ilə danışıqlarda əldə olunan təşəbbüslərlə bağlı Moskvaya səfər etdiyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью