Trampın nüvə ritorikası fəlakətə səbəb ola bilər

05.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı "nüvə ritorikası" fəlakətə gətirib çıxara bilər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş konqresmeni Con Tierni deyib. 

"Nüvə ritorikası ilə bağlı ciddi narahatlıq var və bu, çox asanlıqla fəlakətə gətirib çıxaran səhvlərə və ya yanlış hesablamalara səbəb ola bilər",-  o, ifadə edib. 

Analitikin fikrincə, Tramp qəzəbini yatıra bilmir və bu, dövlət başçısının Amerika sualtı qayıqlarını Rusiyaya yaxınlaşdırmaq qərarı fonunda faktiki nüvə eskalasiyasına səbəb olub.

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью