Trampın oğlu da prezident olmaq istəyir

31.08.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə prezident seçkilərində iştirak edə biləcəyini istisna etməyib.

Axar.az xəbər verir ki, Tramp bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

“Yox demirəm, amma bəli də demirəm”, – Erik bildirib.

Onun sözlərinə görə, prezidentliyə namizədliyini heç vaxt tam olaraq istisna etməyib, lakin biznes sahəsini daha çox sevdiyini etiraf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью