Trampın oğlu gizli klub yaradır: məqsədi görün nədir

27.04.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidentinin böyük oğlu – kiçik Donald Tramp və böyük investorlar qapalı elit klub yaradacaqlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bildirilib ki, məqsəd ölkənin ən zəngin adamlarını prezident administrasiyası ilə əlaqələndirməkdir.

Nəşr qeyd edir ki, kluba biznes və texnologiya sektorunun nümayəndələrinin daxil olması təmin ediləcək.

Şəxsi elit klubun təsisçilərindən biri Donald Trampın prezidentlik kampaniyasının sponsoru, bankir Omid Malik olacaq.

“Digər investorlar arasında naşir Kris Buskirk və ABŞ prezidentinin elçisi Stiv Uitkoff və sair yer alır”.

Qeyd edək ki, bundan əvvəl Argentina prezidenti Xavyer Mileyin 2021-2023-cü illərdə konqresmen olarkən onunla nahar etmək istəyən iş adamlarından 10-20 min dollar aldığı bildirilirdi.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью