Trampın oğlu Qrenlandiyada biabır oldu

10.01.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Trampın oğlu Qrenlandiyada yerli sakinlərin guya ABŞ-ın bir hissəsi olmaq istədiklərini göstərmək üçün qurama bir səhnə hazırlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp Junior Qrenlandiyaya səfər edərək adanın ABŞ-ın bir hissəsi olması ideyasını dəstəklədiklərini iddia etdiyi yerli sakinlərlə görüş keçirib.

Lakin yerli deputat Pipaluk Linqe “Politico” nəşrinə bildirib ki, bu, sadəcə qurama bir səhnə olub.

Onun sözlərinə görə, yerli jurnalistlərə ABŞ-ın seçilmiş prezidentinin oğlundan müsahibə götürmək qadağan edilib. Bəzi sakinlər Tramp Junioru söyüb  və sosial şəbəkələrdə “Yankee, go home” (“Yanki, evinə dön”) sözlərini yazıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью