Trampın oğlu: Zelenski tezliklə müavinətindən məhrum olacaq

10.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ukrayna Prezidenti Volodimir Zelenski tezliklə müavinətlərindən məhrum olacaq".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp sosial şəbəkədə yazıb.

O bildirib ki, 38 gündən sonra, dekabrın 17-də ABŞ seçiciləri Trampın seçkilərdə qələbəsini təsdiq edəcəklər.

Qeyd edək ki, bu gün ABŞ-nin sonuncu ştatında - Arizonada prezident seçkisinin nəticələri müəyyənləşib. Seçkinin nəticələrinə əsasən, D.Tramp Seçicilər Kollegiyasından 312 səs, rəqibi Kamala Harris 226 səs toplayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью