GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı paylaşımı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, o özünün sosial şəbəkə hesabında Zelenskinin fotosunu paylaşıb.
“Yardımı itirməyiniz üçün 38 gününüz qalıb”, – paylaşımda qeyd olunur.
Qeyd edək ki, Donald Trampın Ukraynaya külli miqdarda yardımı kəsəcəyi gözlənilir.