Trampın oğlundan bitkoinlə bağlı proqnoz

11.12.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Donald Trampın oğlu Erik Tramp (Eric Trump) Bitocin MENA konfransında bitkoinlə bağlı maraqlı açıqlama verib.

Modern.az xəbər verir ki, Erik Tramp, Abu-Dabidə keçirilən Bitcoin MENA konfransında çıxış edərək, kriptovalyutalara güclü dəstəyini bildirib və bitkoinin 1 milyon dollara çatacağına inandığını qeyd edib. O, atasının, kripto sahəsini həddindən artıq tənzimləmələrdən və yüksək vergilərdən qoruyacağını, ABŞ-ı isə rəqəmsal inqilabın lideri edəcəyini vurğulayıb.

Erik Bayden administrasiyasının kriptovalyutalara qarşı sərt mövqeyini tənqid edib. O, atasının bitkoinin  dəyərini artırmaqda mühüm rol oynadığını və bunun nəticəsində kripto bazarının 1 trilyon dollar dəyər qazandığını bildirib.

 Oğul Tramp ailəsinin kriptovalyutaları dəstəkləməyə və ənənəvi maliyyə institutlarına qarşı mübarizə aparmağa davam edəcəyini söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью