Trampın oğlundan bitkoinlə bağlı proqnoz

11.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Donald Trampın oğlu Erik Tramp bitkoinlə bağlı maraqlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, Erik Tramp, Abu-Dabidə keçirilən Bitcoin MENA konfransında çıxış edərək, kriptovalyutalara güclü dəstəyini bildirib və bitkoinin 1 milyon dollara çatacağına inandığını qeyd edib. O, atasının kripto sahəsini həddindən artıq tənzimləmələrdən və yüksək vergilərdən qoruyacağını, ABŞ-ı isə rəqəmsal inqilabın lideri edəcəyini vurğulayıb.

Erik Bayden administrasiyasının kriptovalyutalara qarşı sərt mövqeyini tənqid edib. O, atasının bitkoinin  dəyərini artırmaqda mühüm rol oynadığını və bunun nəticəsində kripto bazarının 1 trilyon dollar dəyər qazandığını bildirib.

 Oğul Tramp ailəsinin kriptovalyutaları dəstəkləməyə və ənənəvi maliyyə institutlarına qarşı mübarizə aparmağa davam edəcəyini söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью