Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Barron Tramp yeni görünüşü ilə diqqət mərkəzinə düşüb.
Redaktor.az xəbər verir ki, Barron "UFC Freedom 250" qarışıq döyüş sənətləri turnirində görüntülənib.
O, tədbirə tünd göy rəngli kostyum və ağ köynəklə qatılıb. Uzun və qıvrım saçları isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İnternet istifadəçiləri onun görünüşü ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəzi şərhçilər Barronun əvvəlki görüntüsündən fərqləndiyini qeyd edərək onun xarici görünüşünü müzakirə ediblər. Digərləri isə onun yeni imicini bəyəndiklərini bildiriblər.
Aytəkin TOFİQQIZI