Trampın ordunun baş qərargah rəisi vəzifəsinə namizədi açıqlanıb

13.03.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin istefada olan general polkovniki Con Keynin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə rəsmi olaraq namizədliyini irəli sürüb.

APA xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset mövzu ilə bağlı mətbuata açıqlama verib.

Keyn 11 sentyabr 2001-ci ildə ABŞ-yə edilən terror hücumları zamanı paytaxt Vaşinqtonu qorumaqla vəzifəli olan Hərbi Hava Qüvvələrinin pilotları arasında olub.

Keyn daha sonra Yaxın Şərqdə xidmət edib və 2021-2024-cü illər arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью