Trampın öz adını verdiyi layihə mütləq reallaşdırılacaq

21.10.2025

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TRIPP layihəsi mütləq reallaşdırılacaq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Dövlətimizin başçısı vurğulayıb:

“Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью