Trampın Panama açıqlamasına Rusiyadan cavab

21.01.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ABŞ Prezidenti Donald Tramp və Panama rəhbərliyinin müzakirələr zamanı Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmətlə yanaşacaqlarını gözləyir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Moskva kanalın neytrallığını saxlamaq öhdəliyini təsdiqləyir və onun təhlükəsizliyini və açıqlığını müdafiə edir”, - Ryabkov bildirib.

Qeyd edək ki, Donald Tramp Panama kanalına nəzarəti ABŞ-a geri qaytaracağını elan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью