Icma.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Tzinpinin uğurlarına görə onu təbrik etdiyini bildirib:
"Ümid edirəm ki, Çinlə münasibətlərimiz hər zamankından daha güclü və yaxşı olacaq".
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında keçmiş prezident Co Baydeni hədəf alıb.
Tramp Çin lideri Sinin "ABŞ-ni geriləyən bir ölkə" kimi xarakterizə edərkən Co Bayden dövrünə istinad etdiyini iddia edərək, çinli həmkarının özünü "nailiyyətləri münasibətilə" təbrik etdiyini qeyd edib.
Sinin Bayden dövrü ilə bağlı "haqlı" olduğunu deyə Tramp həmin dövrdə Amerika iqtisadiyyatının, siyasətinin və sosial strukturunun zəiflədiyini irəli sürərək, öz prezidentliyi ilə birlikdə bütün bu sahələrdə "sıçrayışlar etdiklərini" vurğulayıb.
Öz hakimiyyəti dövründə həm Venesuelada, həm də İranda "hərbi qələbələr qazandıqlarını" iddia edən ABŞ Prezidenti, İranı hərbi baxımdan "məhv etməyə" davam edəcəklərini bildirib:
"Artıq ABŞ dünyanın ən populyar ölkəsidir və ümid edirəm ki, Çinlə münasibətlərimiz hər zamankından daha güclü və yaxşı olacaq".
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin