Trampın “pilotları evə göndər” əmrinə Netanyahu yox dedi

24.06.2025

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bu gün İsrail Baş naziri Benyamin Netanyahuya zəng edərək, atəşkəsi pozmasına görə İrana zərbəni dayandırmasını istəyib.

Sitat.info  xəbər verir ki, bu barədə israilli mənbə “Axios” nəşrinin müxbiri Barak Ravidə məlumatında deyib.

“Tramp çərşənbə axşamı Netanyahuya zəng edərək ondan İrana hücumu ümumiyyətlə həyata keçirməməsini istəyib. Netanyahu Trampa zərbəni dayandıra bilməyəcəyini və İranın atəşkəsi pozmasına bir növ cavab lazım olduğunu deyib. Nəticədə zərbəni əhəmiyyətli dərəcədə azaltmaq, bir çox hədəfə hücumu ləğv etmək və yalnız bir hədəfi vurmaq üçün qərar qəbul edilib”, - mənbə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью