Trampın planı baş tutmadı

21.11.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ-da federal hakim Jia Cobb Donald Tramp administrasiyasının paytaxt Vaşinqtonda “təhlükəsizliyi artırmaq” məqsədilə Milli Qvardiyanın yerləşdirilməsi planını dayandırmaq qərarı verib.

"Cebheinfo.az" xəbər verir ki, hakim Tramp administrasiyasının “səlahiyyət həddini aşdığını” və şəhərin mülki rəhbərliyindən tələb gəlmədiyi halda əsgər göndərməklə “qanunlara zidd hərəkət etdiyini” bildirib.

Federal hakim Jia Cobb Trampın “Ali Baş Komandan” kimi Milli Qvardiya üzərində səlahiyyətə sahib olduğunu, lakin bu səlahiyyəti tamamilə təkbaşına istifadə etməsinin “səlahiyyətlərin aşılması” mənasına gəldiyini vurğulayıb.

ABŞ hakimi qərarının əsaslandırılmasında qeyd edib ki, Trampın bu səlahiyyətləri çox geniş şəkildə şərh etməsi, Konqresin Milli Qvardiyanı idarə etməkdəki rolunu aradan qaldıra bilər.
Hakim, həmçinin Tramp administrasiyasına apellyasiya şikayəti vermək imkanı tanımaq məqsədilə qərarının qüvvəyə minməsini 11 dekabr tarixinə qədər təxirə saldığını qeyd edib.

Vaşinqton rəhbərliyi, miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyalarını nəzarət altına almaq üçün iyun ayında Los-Ancelesə, avqustda isə cinayətkarlıqla mübarizə çərçivəsində paytaxt Vaşinqtona Milli Qvardiya qüvvələri yerləşdirmişdi.

Trampın Vaşinqton Polis İdarəsi üzərində federal nəzarət qurmaq və paytaxtda patrul xidmətini həyata keçirmək üçün Milli Qvardiyanı yerləşdirmə qərarı “təhlükəli şəkildə hakimiyyətin ələ keçirilməsi” kimi qiymətləndirilərək tənqidlərə səbəb olmuşdu.

ABŞ administrasiyası 4 oktyabrda Oregon ştatının Portland şəhərinə təxminən 200, 6 oktyabrda isə Texas ştatından 400-ə yaxın Milli Qvardiya əsgərini Oregon, İllinoys və digər ştatlarda yerləşdirmək qərarı almışdı.Ştat rəhbərlikləri bu qərarlara qarşı məhkəmə iddiaları qaldırıblar və hüquqi proses davam edir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью