Trampın planı ilə bağlı üç ssenari: bunlar baş verə bilər

24.11.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Ukraynaya dair sülh planının necə baş verə biləcəyi ilə bağlı üç mümkün ssenari var.

Globalinfo.az xəbər verir ki, bu barədə Financial Times (FT) köşə yazarı Qidon Raçmen paylaşım edib.

O bildirib ki, birinci ssenariyə görə, Kiyev Vaşinqtonun planını qəbul etməkdən imtina edir:

“Belə olan halda ABŞ Prezidenti Donald Tramp Ukraynaya yardımı dayandıracaq. İkinci ssenariyə görə, ABŞ-ın sülh planı danışıqlar üçün əsas olacaq. Kiyev sənədə ciddi dəyişikliklər edə biləcək. Üçüncü ssenaridə isə sənəddəki çoxsaylı ziddiyyətlər və qeyri-müəyyənlik uğursuzluğa səbəb olacaq və nəticədə hərbi münaqişə davam edəcək”.

Müəllifin fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ərazi güzəştlərinə görə ABŞ-ın təklif etdiyi planla razılaşmaqda maraqlı deyil, lakin sənədə dəyişiklikləri dayandırmaq onun maraqlarına uyğundur.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью