Trampın planında SSRİ izi: Sələfindən fərqli olaraq... Erməni politoloqdan ilginc fikirlər

26.02.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Rusiyanın tələblərini yerinə yetirəcək.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Mihran Akopyan deyib.

O qeyd edib ki, hazırda Ermənistanda bəzi yazarlar Moskvanın Vaşinqtonla necə razılığa gəldiyini aydınlaşdırmağa çalışır:

“Necə olub ki, ABŞ Rusiyanı çökdürməyib? Amma Sovet iqtisadiyyatı soyuq müharibədə  belə Amerika iqtisadiyyatına uduzmayıb. Mövcudluğunun zəif mərhələsində -1991-ci ildə SSRİ dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib idi. İndi aydın olur ki, SSRİ faktiki olaraq ABŞ-Çin iqtisadiyyatına məğlub olub. 1970-ci illərin əvvəllərində Riçard Nikson və Henri Kissincer Sovet-Çin ziddiyyətlərindən məharətlə istifadə edərək Pekinlə iqtisadi ittifaq yarada bildilər. Nəticədə SSRİ rəqabətə tab gətirə bilmədi”.

M.Akopyan bildirib ki, indi ABŞ Prezidenti Donald Trampın administrasiyası mahiyyətcə “Nikson doktrinası”na qayıdıb:

“Ancaq amerikalılar üçün Rusiya (o vaxtkı SSRİ) və Çin yerlərini dəyişib. Yəni ABŞ Rusiyanın zəifləməsinə imkan verə bilməz. Bu, onların məğlubiyyəti demək olardı”.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью