Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin sayı 32 faiz təşkil edir. Bu göstərici onun hakimiyyətdə olduğu dövrün ən aşağı səviyyəsinə yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə “Ipsos” şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilir.
Sorğunun nəticələrinə əsasən, ABŞ vətəndaşlarının yalnız 31 faizi Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını dəstəkləyir. Respondentlərin 64 faizi isə bu əməliyyatın əleyhinədir.
“Ipsos”un qiymətləndirməsinə görə, Trampın populyarlığının azalmasına səbəb Tehranla münaqişə fonunda yanacağın qiymətinin artmasıdır. Bu isə ABŞ-da ailələrin maliyyə yükünü daha da ağırlaşdırıb.
Bizim.Media