Trampın prezident seçilməsi Bitkoini BAHALAŞDIRDI

06.11.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın daha çox səs qazanması dolları bahalaşdırıb. Belə ki, dollar son bir ilin ən yüksək həddinə çatıb. Bu hadisə Bitkoinə də təsirsiz ötüşməyib.

Sfera.az xəbər verir ki, Bitkoinin qiyməti 9,34% artaraq 75,118 min dollara yüksəlib.

Bu, bütün zamanların ən yüksək göstəricisidir.

Həmçini  digər valyutalarda da zəifləmə olub. Belə ki, avro, yen, Avstraliya dolları və İsveçrə frankı ən azı 1%, Meksika pesosu isə 3% ucuzlaşıb.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью