Trampın Putin planı iflasa uğradı: Rusiya ABŞ ın deyil, Çinin nəzarətinə keçdi | Icma.az
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağ Evin son davranışları ABŞ-ın xarici siyasətin kəskin ziddiyyətləri qabardır, Donald Trampın Hindistan-Rusiya xəttində Çinə qarşı balans cəhdləri iflasa uğrayır...
Bu baxımdan, Şərqin tədricən yüksəlişi, Qərbin isə bundan narahatlığı artıq yeni və geriyə dönməz bir prosesin başlandığından xəbər verir...
ABŞ və Qərb üçün yeni geopolitik sınaq Asiya qitəsində yaşanmağa başlayıb.
Belə ki, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Qərb siyasi dairələrində kifayət qədər ciddi narahatlıq doğurub.
Ona görə də, bu sammitin çərçivəsində çərçivəsində cərəyan edən bəzi proseslər həm ABŞ-ın, həm də Avropa Birliyinin sərt reaksiyalarına səbəb olub.
Və bu, yaxın gələcəkdə Çinin liderlik edəcəyi qlobal qütbün Qərblə kəskin qarşıdurma mərhələsinə start verə biləcəyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, bütün bunlara Avropa İttifaqının narahatlığı daha qabarıq şəkildə biruzə verilib.
Tam oxu
Xəbəri oxu