Trampın Putinə çevrildiyi suvenir dollarlar satışa çıxarıldı

25.01.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Rusiyanın bazarlarında ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin təsvir olunduğu suvenir dollarlar satışa çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Pul əskinaslarının bir tərəfində Tramp təsvir olunub. Satıcının sözlərinə görə, əgər bu tərəfə ultrabənövşəyi şüalar düşərsə, Putinin portreti görünəcək.

Suvenirin arxa tərəfində ABŞ prezidentinin Pensilvaniyada mitinq zamanı, sui-qəsddən sonra səhnəni tərk etdiyi fotosu var. Satıcının sözlərinə görə, əgər həmin görüntüyə də ultrabənövşəyi şüalar düşərsə, tribun arxasında dayanan Rusiya liderinin təsviri görünəcək.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью