Trampın Putinə zəngi: Kreml şərhdən imtina etdi

09.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı şərh verməkdən imtina edib.

Axar.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bu xəbəri nə təsdiq, nə də təkzib edə biləcəyini deyib:

“Vaşinqtonda administrasiya öz işini açdıqca bir çox fərqli kommunikasiyalar ortaya çıxır. Və bu kommunikasiyalar müxtəlif kanallar vasitəsilə həyata keçirilir. Təbii ki, bu ünsiyyətlərin çoxluğu fonunda şəxsən mən nəyisə bilmərəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də bu halda mən bunu nə təsdiq, nə də təkzib edə bilirəm”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə telefonda danışdığını açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью