Trampın qarşısında bir birlərinə qışqırdılar “Lənət olsun...” | Icma.az
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask və maliyyə naziri Skott Bessent ölkənin vergi xidməti ilə bağlı mübahisə zamanı Ağ Evdə bir-birlərinin üstünə qışqırıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” mənbələrə və şahidlərə istinadən məlumat yayıb.
Bildirilib ki, şiddətli mübahisə keçən həftə ABŞ Prezidenti Donald Tramp və digər rəsmilərin qarşısında baş verib.
Nəşr yazır ki, onlar arasında ölkənin vergi xidmətinə kimin rəhbərlik edəcəyi ilə bağlı fikir ayrılığı yaranıb.
Bessent DOGE-nin büdcəyə böyük miqdarda pul qazandıracağına dair verdiyi vədləri yerinə yetirmədiyi üçün Maskı tənqid edib.
Mask cavab olaraq maliyyə nazirini “Sorosun agenti” adlandırıb.
Daha sonra nazir “lənən olsun” deyə qışqırıb, Mask isə “Daha yüksək səslə de”, - deyə Bessentə deyib.
Tam oxu
Xəbəri oxu