Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
"Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz ötüşməyib.
Seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də Bitcoinin qiymətində artımlar qeydə alınıb.
ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib.
Bitcoinin qiyməti ilk dəfə olaraq 75.0 min dollaradək yüksəlib.
ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib.
Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-ın daxili bazarına yönəlik siyasətini
Bu səhər 2.0 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70.0 faizə dəyər qazanmışdı".