Trampın qələbəsi dünyaya necə TƏSİR EDƏCƏK? RƏY | Icma.az
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır. Donald Tramp seçkilərdə qələbə qazandı.
Onu prezidentliyi dövründə ABŞ dövlətinin xarici regionlarla bağlı siyasətində müxtəlif dəyişikliklər gözlənilir.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
"Nəzərə alsaq ki, Donald Tramp əsasən Amerika siyasətində izolyasionist tərəfdarı kimi çıxış edir və məhz öz tərəfdarlarını da Amerika siyasətindən, Amerika vətəndaşlarının maraqlarını təmsil edəcək prezident kimi bəyanatlar verir.
Xüsusilə də, ABŞ-ın Avropada gedən müharibə - Rusiya-Ukrayna qarşıdurması kontekstində verdiyi bəyanatlar çox maraqlıdır.
Çünki, Tramp dəfələrlə bəyan edib ki, “o prezident olsaydı, heç vaxt, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin, o cümlədən, Yaxın Şərqdə gedən münaqişənin olmayacağını” bildirmişdi.
Xüsusilə də, onun Avropalı həmkarları qarşısında verdiyi bəyanatlar, Avropaya müvafiq investisiyaların, iqtisadi əlaqələrin yenidən baxılması kimi bəyanatları da Avropada çox ciddi narahatlığa səbəb olmuşdu”.
Deputat qeyd edib ki, Trampın digər bir məsələdə bəyanatı NATO ilə bağlıdır.
Tam oxu
Xəbəri oxu