Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin 12 ştatında və Kolumbiya dairəsində afroamerikalılar plantasiyalarda köləliyə göndərilmək təhdidləri ilə təhqiredici və irqçi SMS mesajları almağa başlayıblar.
Oxu.Az-ın "Washington Post"a (WP) istinadla məlumatına görə, artıq Federal Təhqiqat Bürosu və ştat hakimiyyət orqanları araşdırmaya başlayıblar.
Qəzetin məlumatına görə, SMS-lər əsasən qaradərili tələbələrə göndərilib, zərərçəkənlərin dəqiq sayları məlum deyil.
"Siz ən yaxın plantasiyada pambıq yığmaq üçün seçilmisiniz. Əşyalarınızı toplayın və saat 13:00-da hazır olun.
Bizim nəzarətçi-kölələrimiz qəhvəyi rəngli furqonla gələcəklər, plantasiyaya çatanda yoxlanılacağınıza hazır olun", - deyə ismarışların birində deyilir.
Qəzetin yazdığına görə, bəzi SMS-lərdə göndərənin seçilmiş Prezident Donald Trampın tərəfdarı olduğu və ya onun administrasiyası ilə əlaqəsi olduğu iddia edilib.
Trampın komandası bu mesajlarla hər hansı əlaqəni rədd edib.