Trampın qələbəsindən sonra Rusiya Makronu ələ SALDI

06.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Fransa lideri Emmanuel Makron ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra məlumat mənbələrini dəyişməlidir.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.

Belə ki, diplomat Trampı prezident seçilməsi münasibətilə təbrik edən Makronun son hərəkətlərinə münasibət bildirib. Bir gün əvvəl Makron öz "məlumat mənbələrinə" istinadən respublikaçının dövlət başçısı postunu tuta bilməyəcəyinə əminliyini ifadə etmişdi.

"Fransa prezidenti məlumat mənbələrini dəyişdirməlidir", - Zaxarova qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью