Trampın qərarı miqrantları göz yaşlarına boğdu VİDEO

21.01.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, ABŞ-ın yeni prezidenti Donald Tramp Gömrük və Sərhəd Mühafizəsi proqramını (CBP One) ləğv edib.
Bizim.Media “TRT”yə istinadən xəbər verir ki, Trampın bu addımı meksikalı miqrantlar tərəfindən kədərlə qarşılanıb.
Qeyd edək ki, milyonlarla miqrantın istifadə etdiyi “CBP One” proqramı Co Baydenin rəhbərliyi altında ABŞ-ın əvvəlki administrasiyası tərəfindən ölkəyə daxil olan miqrantları izləmək və onlara kömək etmək üçün yaradılıb. Bu proqram 1 milyon miqrantın işləmək hüququ ilə ABŞ-a qanuni şəkildə daxil olmasına imkan yaradıb.
Xatırladaq ki, Tramp həmçinin Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib və qeyri-qanuni miqrantların ölkələrinə kütləvi şəkildə deportasiyasına start verib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью