Trampın qərarından sonra ÜST bəzi işçilərinə erkən təqaüdə çıxmağı təklif edib

08.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın qərarına əsasən ABŞ-nin təşkilatdan çıxması fonunda xərcləri azaltmaq üçün bəzi işçilərə erkən təqaüdə çıxmağı təklif edib.

Oxu.Az bu barədə ÜST məlumat yayıb.

"Təşkilat ABŞ prezidentinin qərarından sonra xərcləri azaltmağa çalışdığı üçün bəzi işçilərdən erkən təqaüdə çıxmağı düşünməyi xahiş edir", - bəyanatda bildirilir.

Xatırladaq ki, ÜST bu ilin iyun ayına qədər yaşı 55 və yuxarı olan işçilərə dörd aylıq pensiya təklif edir. Qərarın könüllü olduğu vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью