Trampın qərarının şok təsiri: 10 dəqiqədə 4 trilyon dollar...

10.04.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Çinə tətbiq olunan gömrük rüsumlarını 125 faizə qaldırması və digər ölkələrə tətbiq olunan rüsumları 90 gün müddətinə dayandırmasından sonra bazarlarda sıçrayış baş verib.

Axar.az xəbər verir ki, “Nasdaq” indeksi 10 faiz artıb və 2008-ci ildən bəri ən böyük sıçrayışa nail olub. Belə ki, ABŞ birjaları Trampın qərarından sonra 10 dəqiqə ərzində 4 trilyon dollar dəyərində qazanc əldə edib.

Trampın qərarları “Borsa İstanbul”a da təsirini göstərib. “BİST 100” indeksi axşam seansında pik həddə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью