Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq. “The Bloomberg” xəbər agentliyinin məlumatına görə, Vaşinqton administrasiyası Avropa İt
ABŞ rəsmiləri bildiriblər ki, belə bir qərar Prezident Donald Trampın Vladimir Putinlə planlaşdırılan görüşü ərəfəsində siyasi risk yarada b
Bundan əlavə, Trampın Ukrayna prezidentinə vəd etdiyi raket yardımını verməməsi də diqqət çəkir.
Bu iki hadisə ABŞ-ın Rusiya və Ukrayna siyasətində ton dəyişikliyinə işarə kimi qiymətləndirilir.Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu qərarın arxasında həm hüquqi, həm də siyasi səbəblər dayanır.
Onun sözlərinə görə, Rusiya aktivlərindən istifadə beynəlxalq maliyyə sabitliyinə təsir göstərə və gələcək danışıqları çətinləşdirə bilər.
Politoloq hesab edir ki, Tramp administrasiyası Putinlə qarşıdakı görüşdən əvvəl sərt addımlar atmaq istəmir:“ABŞ bu yolla həm Rusiya, həm də Avropa ilə münasibətlərdə manevr imkanlarını qorumağa çalışır.
Tramp özünü daha çox danışıqlara açıq, balanslı lider kimi təqdim etmək istəyir.
Buna görə də, Vaşinqton hazırda “sakit güc” taktikasını üstün tutur”.Müsahibimiz qeyd edib ki, ABŞ-nin bu tərəddüdü Kiyevə mənfi siqnal kimi qiymətləndirilir.