Icma.az, Moderator.az portalına istinadən məlumat verir. "İkinci mərhələ HƏMAS-ı zəiflətmək və Qəzzada nəzarəti gücləndirmək məqsədi daşıyır
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
İsrail mənbələri bildirir ki, mövcud status-kvo HƏMAS-a güc toplamaq üçün imkan verir, ikinci mərhələ isə onun silahsızlaşdırılması və demilitarizasiyasını tələb edir.
Mənbələrin sözlərinə görə, HƏMAS bu ultimatumla razılaşmayacaq və müəyyən müddətdən sonra İsrail yenidən hərbi əməliyyata keçəcək.
"Bu keçid dövrü HƏMAS üçün faydalıdır, bizə isə zərərlidir", - israilli rəsmi qeyd edir.
Həmçinin, ikinci mərhələnin Ren Qviliyə aid məsələlərlə bağlı olmadığı, onun cəsədinin hələ də Qəzzada qaldığı vurğulanır.
Təxmini müddət iki ay olaraq göstərilir, Tramp istəsə, bunu bir ayla məhdudlaşdıra bilərdi, lakin Cared Kuşner müddəti uzatmağa çalışır.
Beynəlxalq koordinasiya və mərkəzin səmərəsizliyi "Reuters" agentliyinin məlumatına görə, Qəzzadakı koordinator mərkəz Avropa ölkələri arasında qarışıqlıq yaradıb.