Trampın “Qızıl günbəz”i əlindən alınır

05.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Demokratların seçkilərdə uğur qazanması ABŞ Prezidenti Donald Trampın əsas müdafiə təşəbbüslərinin həyata keçirilməsinə mane ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Təhlükə ilə üzləşən layihələr sırasına 175 milyard dollaradək vəsait tələb edən “Qızıl günbəz” raketdən müdafiə sistemi və 280–300 ədəd insanlı və pilotsuz gəminin inşasını əhatə edən “Qızıl donanma” proqramı daxildir. Sonuncu layihənin 2056-cı ilədək büdcəyə 275 milyard dollara başa gələcəyi proqnozlaşdırılır. Seçkilərin nəticələri respublikaçıların 1,5 trilyon dollarlıq müdafiə büdcəsini də səs çoxluğu ilə təsdiqləmək imkanını əlindən alır. Bundan əlavə, Demokratların qələbəsi ABŞ hərbi naziri Pit Heqsetin də siyasi mövqeyini zəiflətdi”, - məlumatda deyilib.

Qeyd edək ki, 3 noyabrda keçirilən seçkilərdə demokratlar böyük üstünlük qazanıb və Konqresin hər iki palatasına nəzarəti ələ keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью