Trampın qlobal total hücumunun əsas səbəbi Çin

31.01.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Donald Trampın ABŞ prezidenti kimi hakimiyyətə gəldiyi ilk illərdən etibarən yürüt¬düyü xarici siyasət, ənənəvi diplomatiya prinsiplərindən fərqli olaraq, açıq şəkildə hücum diplomatiyası üzərində qurulub. Bu siyasətin əsas məqsədi ABŞ-ın qlobal dominantlığını qorumaq, həmçinin yüksələn gücləri, xüsusilə Çin və Rusiyanı – həm geosiyasi, həm də geoiqtisadi səviyyədə məhdudlaşdırmaqdır. Hücum diplomatiyasının əsas xüsusiyyətləri və səbəbləri aşağıdakı kimi şərh oluna bilər:
1. Çin qarşısında geosiyasi bloklanma
Tramp administrasiyasının xarici siyasətinin mərkəzində Çinin yüksəlişinin qarşısını almaq durur. Bu siyasət bir neçə istiqamətdə özünü göstərir:
Enerji və iqtisadi sahələrdə təzyiq: ABŞ, Çinlə əməkdaşlıq etdiyi enerji mənbələrinə və strateji neft-qaz regionlarına sərt diplomatik müdaxilə edir. Həm iqtisadi-siyasi, həm də hərbi vasitələrlə Çin layihələrinə maneələr yaradılır, Pekin geoiqtisadi küncə sıxışdırılır.
Regional təsir dairələrinin məhdudlaşdırılması: Tramp administrasiyası Çinlə yaxın iqtisadi əlaqələri olan regionlarda, xüsusilə İran və Körfəz ölkələrində ABŞ-ın siyasi və hərbi üstünlüyünü təmin etməyə çalışır. Bu, Çin şirkətlərinin layihələrini əngəlləmək, qarşısını almaq və  nəticə etibarı ilə regiondan çıxarılmasına nail olmaqla  strateji üstünlükləri təmin etmək məqsədi güdür.
2. Rusiya-Ukrayna müharibəsi və Pekin-Moskva münasibətləri
Tramp administrasiyası, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini izləyərək Moskva ilə Pekin arasında potensial yaxınlaşmanın qarşısını almağa çalışır. Trampın Ukrayna ilə bağlı Avropadan fərqli siyasət yürütməsi də məhz buna xidmət edir. 
Trampın məqsədi Rusiyanı regional fokuslu saxlamaq və Pekinlə strateji ittifaqa girməsinə imkan verməməkdir.
Bu yanaşma, ABŞ-ın “çoxqatlı təzyiq siyasəti” kimi tanınan strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.
3. Qlobal nəzarət və strateji keçid dəhlizləri
Tramp administrasiyası dünya üzrə əsas strateji dəhlizləri və su yollarını ABŞ nəzarətində saxlamağa yönəlib:
Şimal Qütb dəhlizi: Yeni  qlobal ticarət marşrutlu üzərində ABŞ-ın dominantlığını təmin etmək.
Qafqaz-Orta dəhlizi: Avropa-Asiya ticarət marşrutları üzərində geosiyasi təsir.
Hind Okeanı və Cənub dəhlizi: Hind Okeanı regionunda Çinin hərəkət imkanlarını məhdudlaşdırmaq.
Qırmızı Dəniz və Yaxın Şərq: İran və digər region dövlətlərinin ABŞ-a qarşı çıxmasını əngəlləmək.
Tramp administrasiyası bu strategiyaya “qlobal nəzarət üçün xaotik təzyiq” adını verə biləcəyimiz bir yanaşma daxil edib. Məqsəd dünya ölkələrində psixoloji və siyasi təzyiq yaratmaqla onların ABŞ-a qarşı müstəqil siyasət yürütməsini çətinləşdirməkdir.
4. İran və Yaxın Şərq siyasəti
İran ABŞ üçün həm geosiyasi, həm də geoiqtisadi bir maneə kimi qiymətləndirilir:
ABŞ İran üzərində təzyiq göstərərək yeni dünya nizamında öz maraqlarına xidmət edən rejimi formalaşdırmaq istəyir.
Eyni zamanda, Çin və İran arasındakı iqtisadi və enerji əməkdaşlığını zəiflətmək, Pekinin Yaxın Şərqdəki təsirini məhdudlaşdırmaq Tramp siyasətinin prioritetini təşkil edir.
Son illərdəki sanksiyalar, hərbi manevrlər və diplomatik təzyiqlər bu strategiyanın tərkib hissəsi olaraq qəbul edilə bilər.
5. Karib hövzəsi və Panama kanalı
Tramp administrasiyasının hədəfləri sadəcə Asiya və Yaxın Şərqlə məhdudlaşmır:
Karib hövzəsində ABŞ təsirini artırmaq üçün müxtəlif diplomatik və hərbi səylər göstərir.
Panama kanalına nəzarət ABŞ-ın qlobal nəqliyyat və ticarət stratejiyasında önəmli yer tutur. Bu, Çin və digər ölkələrin qlobal iqtisadi mövqeyini zəiflətmək üçün strateji addımdır. Ağ Ev bu məqsədinə nail olmaqdadır.
Trampın hücum diplomatiyası “qlobal nizamlı xaos” strategiyasına əsaslanır. Bu siyasətin məqsədi isə Çin, Rusiya və İran kimi yüksələn gücləri regional və qlobal səviyyədə sıxışdırıb sıradan çıxarmaqdır.
ABŞ-ın əsas strateji dəhlizlər və enerji mənbələri üzərində dominantlığını qorumaq.
Dünya ölkələrində psixoloji təzyiq yaradaraq müstəqil xarici siyasət yürütmələrinə imkan verməmək.
Bu yanaşma nəticəsində ABŞ qlobal arena üzərində dominant rolunu qorumağa çalışmış, lakin beynəlxalq sistemdə gərginliyi və qeyri-sabitliyi artırmışdır. Tramp administrasiyasının strategiyası qısa müddətdə ABŞ-ın maraqlarını qorusa da, uzunmüddətli baxımdan beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalmasına və regional qarşıdurmaların dərinləşməsinə yol açıb.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью