Trampın qolf sevgisi ABŞ yə milyonlarla dollara başa gəlib

09.03.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində keçirdiyi asudə vaxt amerikalı vergi ödəyicilərinə onun yanvarın 20-də Ağ Evə qayıtmasından etibarən 18 milyon dollardan çox vəsaitə başa gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə "HuffPost" portalı məlumat paylaşıb.

Portalın hesablamalarına görə, D.Tramp bu müddət ərzində Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib.

Bildirilir ki, ilk prezidentlik müddətində D.Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi üçün xərclər 151.1 milyon dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью