Trampın qonaqlığına qatılan investorlar məyus oldular: Yeməklər təyyarədə veriləndən daha …
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. ABŞ-də Prezident Donald Trampın memkoinlərini almaq üçün 1 milyon dollardan çox xərc
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Daily Telegraph" qəzeti qəbulda iştirak edən şəxslərə istinadən məlumat verib.
Bildirilib ki, Trampın investorlar üçün verdiyi şam yeməyi "təyyarədə verilən yeməklərdən daha pis" olub.
Bu arada şam yeməyinə dəvət hər bir qonağa 1.7 milyon dollara başa gəlib.
Qeyd edək ki, Donald Tramp, təşkilatçıların sözlərinə görə, "dünyanın ən eksklüziv dəvəti"ni alan 220 qonağı qəbul edib.
Tədbir Trampın Virciniyadakı qolf klubunda baş tutub, lakin bildirildiyinə görə, prezident nitq söyləyərək tezliklə oranı tərk edib.
Nəşrin məlumatına görə, "eksklüziv" tədbirə qatılan iş adamları Trampın rəsmi kriptovalyutasının alıcılarına verilən yeməyi tənqid ediblər.
Hansı ki, qiymətləndirmələrə görə, bu kriptovalyuta satışı ABŞ prezidentinə və ailəsinə 148 milyon dollar qazandırıb.
Tam oxu
Xəbəri oxu