“Trampın razılaşması bizə öhdəlik gətirmir” Ben Qvir

15.06.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına cavab verərək İsrailin təhlükəsizlik məsələlərində müstəqil qərarlar qəbul etdiyini bildirib.

Ben-Qvir “X” hesabında yazıb ki, ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma İsrail üçün məcburi xarakter daşımır.

“İsrail ABŞ-yə tabe deyil və müstəqil, suveren dövlətdir. Biz ABŞ-ni sevirik və prezident Trampa minnətdarıq. Bununla belə, İsrail dövləti banan respublikası deyil”, – deyə o vurğulayıb.

Nazir bildirib ki, İsrail öz təhlükəsizliyini riskə ata biləcək heç bir razılaşmanın tərəfi olmayacaq və belə sənədlər ölkəni öhdəlik altına salmır.

O, habelə Hizbullaha qarşı sərt mövqeyini təkrarlayaraq, təşkilatın tamamilə məhv edilməli olduğunu bildirib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью