Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ məhkəməsi Prezident Donald Trampın administrasiyasına vergi ödəyicilərinin vəsaitləri hesabına hazırlanan televiziya reklamlarının yayımını dərhal dayandırmağı əmr edib.
“Cebheinfo.az” xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi üzrə məhkəmə qərarında deyilir: "Təqsirləndirilən şəxslərə etiraz edilən reklamların yayımı və ya paylanması üçün istənilən efir vaxtını, yerləşdirməni, sifarişi və ya tənzimləməni ləğv etmək və ya ləğv əmri verilir".
Daha əvvəl "Washington Post" federal xərc məlumatlarına istinadən ABŞ administrasiyasının seçki tipli televiziya reklamları yaratmaq üçün ictimai məqsədlər üçün ayrılan vəsaitlərdən istifadə etdiyini bildirmişdi.
Tramp sosial media platforması “Truth Social”-da yazıb ki, dövlət vəsaitlərinin istifadəsinə qarşı tənqidlər fonunda bu cür reklamları öz vəsaitləri və siyasi komitəsi MAGA Inc. tərəfindən toplanan ianələr hesabına ödəmək niyyətindədir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin