Trampın reytinqi 42 % ə düşüb Ipsos

22.04.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə amerikalıların dəstəyi 42 %-ə düşüb. Bu onun Ağ Evə qayıtdığı vaxtdan bəri ən aşağı göstəricidir.

“Report” xəbər verir ki, bu, “Ipsos” xidmətinin “Reuters” agentliyi üçün keçirdiyi sorğuların nəticələrində əks olunub.

Belə ki, respondentlərin 42 %-i Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənir, yarıdan çoxu – 53% – onun siyasətini dəstəkləmir.

“Ipsos”un əvvəlki sorğusunun nəticələrinə görə, Trampın təsdiq reytinqi 43 % idi. Mart ayının ikinci yarısında bu göstərici 45 % təşkil edirdi. Agentlik populyarlığın azalmasını, o cümlədən Tramp administrasiyasının “həddindən artıq liberal olan” universitetləri təqib etməsi ilə əlaqələndirir: aprel ayının ortalarında ABŞ Təhsil Nazirliyi Harvard Universitetinə 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.

Sorğu iştirakçılarının 59 %-i hesab edir ki, ABŞ beynəlxalq arenada nüfuzunu itirir. Sorğuda iştirak edənlərin təxminən dörddə üçü Trampın 2028-ci ildə üçüncü müddətə namizədliyini irəli sürməsini istəmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью