Trampın reytinqi Ağ Evə qayıtdıqdan sonra ən aşağı səviyyəyə düşüb | Icma.az
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır. Trampın reytinqi Ağ Evə qayıtdıqdan sonra ən aşağı səviyyəyə düşüb “Reuters”in sifari
Trampın prezident kimi fəaliyyəti respondentlərin 42%-i tərəfindən bəyənilib.
Üç həftə əvvəl keçirilmiş əvvəlki sorğuda 43% Trampın fəaliyyətini bəyənmişdi, 20 yanvarda andiçmə mərasimindən dərhal sonra isə bu, 47% idi.
“Reuters”-in qeyd etdiyi kimi, Trampın təsdiq reytinqi 2023-2024-cü illərdə sələfi Co Baydenin reytinqindən yüksək olaraq qalır.
Baydenin ən aşağı reytinqi 2024-cü ilin oktyabrında qeydə alınıb - 35%.
Rəyi soruşulanların təxminən 75%-i Trampın üçüncü müddətə namizədliyini irəli sürməməli olduğunu bildirib.
Respublikaçı respondentlərin əksəriyyəti (53%) hesab edir ki, Tramp üçüncü müddətə prezident olmaq istəməməlidir.
Respondentlərin əksəriyyəti (83%) bildirib ki, ABŞ prezidenti istəməsə belə, federal məhkəmələrin qərarlarına tabe olmalıdır.
Tam oxu
Xəbəri oxu